AZ

“Ethereum” tarixi maksimumunu yenilədi

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

Kapitallaşmaya görə ikinci ən böyük kriptovalyuta “Ethereum”un dəyəri tarixi maksimumunu yeniləyərək 4,9 min dolları ötüb.

Yeniavaz.com xəbər verir ki, bunu “Binance” platformasının məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 01:05-ə olan məlumata görə, “Ethereum” məzənnəsi 15,5% artaraq 4 874,82 dollara yüksəlib. Saat 01:08-də kriptovalyuta 4 883,64 dollar (+15,71%) olub. Eyni zamanda, “Bitcoin”in dəyəri 4,21% artaraq 116 924 min dollar təşkil edib.

Qeyd edək ki, ETH-nin əvvəlki tarixi maksimumu 2021-ci il noyabrın 10-da, kriptovalyutanın dəyərinin 4 868 dollara yüksəldiyi vaxt təyin edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
1
yeniavaz.com

3Mənbələr