AZ

Ermənilər rus bazasına etiraz edəcək AKSİYA

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Rusiyanın Ermənistandakı bazası yaxınlığında etiraz keçiriləcək.

Modern.az xəbər verir ki, Ermənistan parlamentinin deputatlardan birinin təşkilatçılığı ilə Gümrüdə yerləşən 102-ci hərbi bazasına etiraz olaraq Gümrüyə avtomobillərlə yürüş keçiriləcək.

Qeyd edək ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb.

2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb. 

Daha əvvəl mətbuatda Ermənistan hakimiyyətinin bazanı bağlamağı planlaşdırdığı barədə xəbərlər yayılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
5
modern.az

8Mənbələr