AZ

İrəvanda “Sputnik”ə etiraz “Rusiyanın təbliğat alətidir”

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ermənistanda fəaliyyət göstərən “Sputnik” informasiya agentliyi yenidən kəskin tənqid olunub. Hakim partiyaya yaxın teleqram kanallarında dərc olunan məqalələrdə qeyd olunur ki, agentlik KİV kimi yox, Rusiyanın siyasi təbliğat aləti kimi çıxış edir.

İctimaiyyət nümayəndələrinin imzaladığı bəyanatların birində vurğulanır ki,  “Sputnik”in bütün şərhləri yalnız Moskvanın maraqlarına xidmət edir: “Bu agentliyin əsl missiyası Rusiyanın mövqelərini ölkə xaricində müdafiə etməkdir”.

Tənqidçilər bildirirlər ki, “Sputnik” obyektivlik nümayiş etdirmək əvəzinə Kremlin mövcud siyasi xəttini müdafiə edir. Onların sözlərinə görə, agentlik daha çox Rusiya hakimiyyətinin informasiya platforması rolunu oynayır.

Bəyanat müəllifləri “Sputnik”i Rusiya analitiklərinin öz mövqelərinə qulaq asmağa çağırırlar: “Rusiya ekspertləri açıq şəkildə 2020-ci il müharibəsində və sonrakı proseslərdə Kremlin rolunu tənqidi şəkildə izah edirlər. Bu faktları dəyişmək və ya Kreml xəttinə uyğunlaşdırmaq mümkün deyil”.

Müraciətdə Ermənistanın müvafiq dövlət qurumlarının diqqəti “Sputnik”in fəaliyyətinə yönəldilir: “Bir daha diqqəti bu agentliyin fəaliyyəti və onun qiymətləndirmələri üzərinə yönəldirik”, – deyə bəyanatda qeyd olunur.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
azpolitika.info

1Mənbələr