Britaniyalının dediyinə görə, ötən əsrin 80-ci illərinin əvvəlində “Qran-pri”ni Moskvada keçirməyi çox istəyirmiş:
“Formula-1” bolidlərinin Qızıl meydan boyunca hərəkət etməsini istəyirdim! Nə etməyin mümkün olduğunu aydınlaşdırmaq üçün Moskvaya getdik, ancaq son nəticədə heç nə alınmadı. Brejnevin ölümü üzündən hər şeyi təxirə salmalı olduq”.
Sovet İttifaqı Kommunist Partiyasının rəhbəri Leonid Brejnev 1982-ci ilin noyabrında vəfat edib. Ekklstounun dediyinə görə, “Formula-1” rəhbərliyi SSRİ mərhələsinin təşkili ilə bağlı danışıqları Brejnevin varisi Yuri Andropovla davam etdirsə də, sonradan bu ideyadan əl götürüb: “Formula-1”i həmişə qlobal turnir saymışam. Həmin vaxt Sovet İttifaqı adlanan ölkə isə dünyanın vacib hissəsi idi”.
Ekklstoun 1978-2017-ci illər aralığında “Formula-1”in rəhbəri olub.