Rusiyalı alpinist Nataliya Naqovitsina Qırğızıstanın Pobeda zirvəsində 1 həftədən çoxdur 7000 metr hündürlükdə köməksiz vəziyyətdə qalıb.
“Qafqazinfo” “Mash” teleqram kanalına istinadən xəbər verir ki, 47 yaşlı alpinist yüksəklikdən enərkən ayağını sındırıb.
Dronla çəkilmiş görüntülərdən alpinistin sağ olduğunu və yırtıq çadırda qaldığını görmək mümkün olub.
Lakin hava şəraiti uyğun olmadığı üçün ona yardım göstərə bilməyiblər.
Bir çox mənbə Nataliyanın cəsədinin tapıldığını bildirsə də, Rusiya Alpinizm Federasiyasından TASS-a məlumatı təkzib ediblər: “Nataliya Naqovitsinanın ölümütəsdiqlənməyib. Axtarışlar hava şəraiti ilə əlaqədar dayandırılıb. Bundan sonra nə olacağı havadan asılıdır. Onun sağ olub-olmaması məlum deyil”.