Bakı. Trend:
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədriValentina Matviyenko Azərbaycan Respublikasının Birincivitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubuünvanlayıb.
Trend xəbər verir ki,məktubda deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Rusiya Federasiyasında Sizi Azərbaycan Respublikasında və onunhüdudlarından kənarda böyük nüfuza malik təcrübəli və müdrikrəhbər, istedadlı təşkilatçı kimi tanıyırlar.
Səmimiyyət və mehribanlıq şəraitində keçən görüşlərimiziməmnuniyyətlə və dərin minnətdarlıq hissi ilə xatırlayıram.Ümidvaram ki, biz gələcəkdə də qarşılıqlı faydalı Rusiya-Azərbaycanəlaqələrinin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişafyollarını açıq şəkildə müzakirə etmək, ölkələrimizin maraqlarınacavab verən layihələrin reallaşdırılmasına kömək göstərmək imkanınamalik olacağıq.
Bu əlamətdar gündə Sizin tükənməz həyat enerjinizə və həqiqətəndə müstəsna cazibənizə, həmçinin məsul dövləti vəzifənizdə uğurlufəaliyyətinizə və qayğıkeş, mehriban həyat yoldaşı və ana rolunuvəhdətdə yaşatmaq bacarığınıza ehtiramımı bildirmək istərdim.
Əziz Mehriban xanım! İcazə verin, Sizə dünyanın bütünnemətlərini, möhkəm cansağlığı, uğurlar və yaxınlarınızın dəstəyiniarzulayım. Qoy, doğmalarınız Sizi ruhlandıraraq və qoruyaraq həmişəyanınızda olsunlar, evinizdə harmoniya, sevgi və xoşbəxtlik hökmsürsün. Hər yeni gün sizə sevinc, nur, insanlar və ölkəniz naminəgördüyünüz bütün işlərdə dərin məmnunluq hissi gətirsin.
Sizə olan ən yüksək ehtiramımı qəbul edin".