AZ

Makron, Merz və Tusk gələn həftə Moldovaya səfər edəcək

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Polşanın baş naziri Donald Tusk gələn həftə ölkənin Müstəqillik Gününü qeyd etmək üçün Moldovaya səfər edəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü, avqustun 22-də Fransa prezidentinin mətbuat xidməti məlumat verib.

"Liderlər Moldovanın təhlükəsizliyi, suverenliyi və Avropa yoluna tam dəstəyini bir daha təsdiq edəcəklər", - deyə Yelisey Sarayının bəyanatında qeyd edilir.

Bildirilir ki, Moldovada parlament seçkiləri sentyabrın 28-də keçiriləcək.

Ölkənin hakim partiyası öz çoxluğunu qoruyub saxlamağa çalışır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
bizimyol.info

1Mənbələr