Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün Bakıda 3x3 basketbolu üzrə Dünya Qadın Seriyası çərçivəsində Səbail mərhələsi start götürəcək.
İdman.biz xəbər verir ki, Fəvvarələr Meydanında baş tutacaq yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
B qrupunda yer alan basketbolçularımız öncə Çexiya, ardınca Filippinlə üz-üzə gələcək.
Dünya Qadın Seriyası
Səbail mərhələsi
23 avqust
18:30. Çexiya – Azərbaycan
20:10. Azərbaycan – Filippin
Qeyd edək ki, qrup mərhələsində ilk 2 yeri tutacaq komanda 1/4 finala yüksələcək. Həlledici görüşlər sabah keçiriləcək.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.