
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, “Rusiya Ukraynada müharibəyə başlamayıb” və Moskva “onu dayandırmaq üçün hər şeyi edir”. Bu fikirləri o, atom sənayesi işçiləri ilə görüşdə səsləndirib. Putinin sözlərinə görə, Qərb mediası və təbliğat Rusiyanı müharibənin başladılmasında ittiham edir:“Propaganda işləyir, beyinləri yuyurlar və deyirlər ki, müharibəni biz başladıq. Halbuki unudurlar ki, müharibə Donbasda dinc əhaliyə qarşı tank və aviasiyadan istifadə ediləndə başladı. Həmin vaxt müharibə başlandı, biz isə onun bitməsi üçün hər şeyi edirik.”Ulusum.az
Diqqət Çəkənlər
ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində
Pomidor acikası – hər qarnirin kraliçası
Netanyahu müharibənin sonunun yaxınlaşdığını bildirdi