AZ

“Şimal axını” qaz kəmərinin partlaması ilə bağlı yeni təfərrüatlar məlum olub

Alman müstəntiqlərinin fikrincə “Şimal axını 1” və 2-ci qaz kəmərləri Andromeda yelkənli qayığı ilə Baltik dənizinə çatdırılan taymerləri olan ən azı dörd partlayıcı qurğu tərəfindən partladılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, İsveç “SVT” televisiyası tərəfindən nəzərdən keçirilən istintaq sənədlərindən məlum olub.

Partlayışlarda əli olmaqda şübhəli bilinən 49 yaşlı kişi bu yaxınlarda İtaliya kurortlarından birində saxlanılıb. Alman tərəfinin məlumatına görə, o, Ukrayna vətəndaşıdır, ukrayna və rus dillərini bilir.

Sənədlərə əsasən, Andromedanın göyərtəsində dörd dalğıc da daxil olmaqla altı nəfərdən ibarət komanda olub. Gecələr 70-80 metr dərinlikdə hər birinin çəkisi 14-27 kq olan ən azı dörd partlayıcı quraşdırıblar. Partlayışın isə güclü olması üçün oktogen və heksogendən istifadə olunub.

Saxlanılan şübhəli şəxs koordinasiya və planlaşdırma işini aparıb. Yelkənli qayıq 2022-ci ilin sentyabr ayının əvvəlində Almaniyanın Rügen adasında icarəyə götürülüb və cəmi bir neçə həftə sonra geri qayıdıb.

Şahidlər həmçinin bildiriblər ki, gəmi yanacaq doldurmaq üçün İsveçin Sandhamn limanına daxil olub. İlkin olaraq bir neçə ölkə partlayışları araşdırıb, o cümlədən İsveç də sübut toplamaq üçün sualtı robotlardan istifadə edib. Lakin 2024-cü ilin fevralında İsveç prokurorluğu işi bağlayaraq materialları Almaniyaya təhvil verib.

Seçilən
14
6
operativmm.az

7Mənbələr