ABŞ prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün Çikaqo və Nyu-York şəhərlərinə də Milli Qvardiyanının əsgərlərini göndərə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb..
“Biz bununla məşğul olacağıq (Vaşinqton – Qeyd), sonra düşünürəm ki, Çikaqo bizim növbəti şəhərimiz olacaq, sonra biz Nyu-Yorka kömək edəcəyik”, - Tramp bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın sərəncamı ilə Milli Qvardiya əsgərləri cinayətkarlıqla mübarizə məqsədilə Vaşinqtona yerləşdirilib. Hazırda şəhərdə 2 min Milli Qvardiya üzvü fəaliyyət göstərir.