AZ

“Barselona” hansı futbolçu üçün 100 milyon avro toplayır?

“Barselona” klubu gələn yayadək 100 milyon avro toplamaq niyyətindədir.

İdman.biz İspaniya mətbuatına istinadən xəbər verir ki, məqsəd “Atletiko Madrid”dən Xulian Alvaresi almaqdır.

Argentinalı hücumçunun “Atletiko” ilə müqaviləsi 2030-cu ilədəkdir. Lakin onun klubdakı vəziyyətindən narazı olduğu bildirilir.

Qeyd edək ki, "Atletiko"da bir ildən çox müddətdə Alvares 58 oyun keçirib, 30 qol vurub və 8 məhsuldar ötürmə edib.

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr