Müxtəlif sosial şəbəkələr üzərindən onlayn alış-veriş platforması “Temu”nun adı ilə saxta reklamlar yayılır.
Ölkə.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Dələduzlar iş təklifi adı altında vətəndaşları aldadaraq şübhəli keçidlərə yönləndirirlər. Keçiddə qeydiyyat tələb olunur, daha sonra sadə tapşırıqlar icra etdirilir və müəyyən ödənişlər müqabilində yüksək qazanclar vəd edilir. pizza sifarişi
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, fərdi məlumatlarının təhlükəsizliyini təmin etməyi və hər hansı kampaniya ilə rastlaşdıqda məlumatı yalnız rəsmi mənbədən dəqiqləşdirməyi tövsiyə edir.