Qadın futbolunda yeni transfer rekordu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, ABŞ-nin “Orlando Prayd” klubu Lizbet Jaklin Ovalyeni "Teqres"dən (Meksika) 1.5 milyon avroya heyətinə cəlb edib.
25 yaşlı vinger Meksika millisinin də üzvüdür və yığmada 81 oyun keçirib.
Qeyd edək ki, qadın futbolunda əvvəlki rekord “Arsenal”a məxsus idi. "Topçular" bu ilin iyulunda "Liverpul"dan hücumçu Oliviya Smiti 1.3 milyon avroya transfer etmişdi.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta