AZ

Almaniyada silahlı insident: ölən və yaralanan var

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Menden şəhərində silahlı insident olub.

Publika.az xəbər verir ki, hadisə zamanı iki nəfər güllə yarası alıb, onlardan biri həlak olub. Digər şəxs isə təcili yardım helikopteri ilə xəstəxanaya çatdırılıb. Həmin şəxsin Türkiyə əsilli olduğu bildirilir.

Silahlı hücumu törədən şəxs hadisə yerindən qaçıb.

Faktla əlaqədar istintaq qrupu yaradılıb və hücumu törədən şəxsin axtarışları davam etdirilir.


Seçilən
68
4
sherg.az

10Mənbələr