AZ

“Qarabağ” “Sumqayıt”a uduzdu

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

“Qafqazinfo” ilk günün ikinci oyununda son çempion “Qarabağ” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib.

Qarşılaşmanın baş hakimi Cavid Cəlilov olub. Ağdam klubu ev oyunundan minimal hesabla məğlub ayrılıb.

“Kəpəz” – “Karvan-Yevlax” oyunu 23 avqustda, “Şamaxı” – “Sabah” və “Turan Tovuz ” – “Araz-Naxçıvan” oyunları 24 avqustda, “Qəbələ” – “Zirə” matçı isə 25 avqustda keçiriləcək.

Azərbaycan Premyer Liqası

2-ci tur

22 avqust

“Qarabağ” – “Sumqayıt” 0:1

Qol: Ronaldo Vaskes, 72.

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.

“Azersun Arena”, 19:30.

"Cebheinfo.az" 

Seçilən
12
2
cebheinfo.az

3Mənbələr