AZ

“Milan”ı Çempionlar Liqasına qaytarmaq üçün əlimizdən gələni edəcəyik”

“Milano”nun baş məşqçisi Massimiliano Alleqri Serie A-nın I turunda “Kremoneze” ilə keçiriləcək oyundan öncə mövsümdəki hədəfləri barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "Corriere dello Sport" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“‘Yuventus’"la vidalaşmaq ağır olmadı, çünki qalibiyyətlə ayrıldım. Mən bu işi böyük həvəs və ehtirasla yerinə yetirirəm və çox xoşbəxtəm. Sabah çətinliklə üzləşəcəyəm: bir il işsiz qalmışam və görəcəyəm ki, necə davranacağam. Ümid edirəm hər şey yaxşı keçəcək.

Məsələ təkcə mənim məşqçi olmam deyil, "Milan"ın qalib gəlməsidir. Biz birlikdə çalışmalıyıq. Böyük klublarda əsas olan məşqçi deyil, klubun özü və tarixi, hörmət edilməli olan məsuliyyətdir. Səhvlərdən qaçmaq üçün çox çalışmaq və fədakarlıq etmək lazımdır. Heç vaxt fədakarlıq etmədən qalib gələn komanda görməmişəm. Ən önəmli olan "Milan"dır və biz onu gələn il Çempionlar Liqasına qaytaracağıq.”

Seçilən
23
90deqiqe.az

1Mənbələr