Astara rayonunda oğul anasını qətlə yetirib.
Hurriyyet.Az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Belə ki, şəhərin H.Aslanov küçəsi ev 57-də qeydiyatda olan 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası, 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirilib. Hadisənin qısqanclıq (namus) üstə baş verdiyi söylənilir.
Hadisə yerinə hüquq mühafizə orqanları əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün aidiyyati üzrə təhvil verilib.
Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.
***
Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, bu gün saat 15 radələrində Astara şəhər sakini 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1999-cu il təvəllüdlü Murad Kazımzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Məhəbbət Qasımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. M.Kazımzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.