AZ

Naxçıvanda dəmir yolu tam müasirləşdirilirVİDEO

Naxçıvanda dəmir yolu tam müasirləşdiriləcək.

Bununla bağlı ötən gün Kəlbəcər şəhər sakinləri ilə görüşdə Prezident İlham Əliyev məlumat verib. Dövlət başçısı qeyd edib ki, biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur.

Azərbaycan Dəmir Yollarının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyir ki, Naxçıvan dəmir yollarında layihələndirmə mərhələsi yekunlaşdırıldıqdan sonra tikinti işlərinə başlanılacaq.

Millət vəkili Hikmət Məmmədov deyir ki, görüləcək işlər böyük bir layihənin tərkib hissəsi olaraq mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, Zəngilana qədər dəmir yolunun inşasının gələn il başa çatması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
74
xezerxeber.az

1Mənbələr