Müğənni Ebru Gündeşin əri, iş adamı Murat Özdemir saxlanılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, Murat Özdemir İstanbul Baş Prokurorluğunun apardığı "Səlahəddin Yılmaz cinayətkar dəstəsi" işi üzrə istintaq çərçivəsində cinayətkar dəstə üzvü olmaq ittihamı ilə saxlanılıb.
Bildirilir ki, polis bölməsindəki prosedurları başa vuran Özdemir bu gün prokurorluğa göndərilib. \\Oxu.az