AZ

Tramp: “TikTok"u almaq istəyən ciddi amerikalı alıcılarımız var

ABŞ prezidenti Donald Tramp Çinin "ByteDance" şirkətindən "TikTok" sosial şəbəkəsini almaq niyyətində olan amerikalı alıcıların siyahısının olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda Ağ Evin tarixinə həsr olunmuş muzeyi ziyarətində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Bizim alıcılarımız var. "TikTok"u almaq istəyən çox ciddi amerikalı alıcılarımız var”, – Tramp bildirib.

O əlavə edib ki, bu məsələ ilə bağlı hələ Çin prezidenti Si Cinpinlə danışmayıb, lakin münasib vaxtda bunu etməyi planlaşdırır.

Amerika liderindən "TikTok"un istifadəsi fonunda təhlükəsizlik və məxfilik məsələlərinin onu narahat edib-etmədiyi də soruşulub. Tramp bu suala cavabında bildirib:

“Mən narahat deyiləm. Mən "TikTok"un pərəstişkarıyam. Uşaqlarım "TikTok"u sevir. Gənclər "TikTok"u sevir. Bu ruhda davam edə bilərik, amma təhlükəsizlik məsələlərinə nəzarət edəcəyik”.

Seçilən
1
4
bakivaxti.az

5Mənbələr