AZ

“İlin sonuna kimi neft qiymətlərində ciddi dəyişiklik gözlənilmir” - Professor

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov neft qiymətlərinin inkişaf perspektivlərinə dair QHT.az-a açıqlama verib.

Onun sözlərinə görə, neft bazarında qiymətlərin proqnozlaşdırılması kifayət qədər çətin məsələdir:

"Neft qiymətləri ilə bağlı proqnoz vermək çox çətindir. Çünki bu, yalnız iqtisadi amillərlə bağlı deyil, digər geosiyasi və siyasi faktorlar da qiymətlərin formalaşmasına təsir göstərir."

Professor əlavə edib ki, qlobal miqyasda hərbi və ya siyasi kataklizmlər baş verməzsə, ilin sonuna kimi qiymətlərin təqribən indiki səviyyələrdə qalacağı proqnozlaşdırıla bilər:

"Bu isə dövlət büdcəsinin icrası ilə bağlı neft qiymətlərinə əsaslanan hər hansı problemin yaranmayacağını göstərir."

 

Pərvanə Fərhadqızı

Seçilən
7
qht.az

1Mənbələr