Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “İdeoloji immunitetin gücləndirilməsi və hibrid təhdidlərə qarşı birgə mübarizə” adlı layihə çərçivəsində ikinci televiziya verilişi hazırlanaraq efirə təqdim olunub.
QHT.az xəbər verir ki, növbəti buraxılış AXC TV-nin efirində yayımlanıb. Verilişin qonağı tarix üzrə fəlsəfə doktoru, tədqiqatçı Ceyhun Bayramlı olub.
DANİB sədri Elməddin Behbud bildirib ki, layihə çərçivəsində aparılan müzakirələr gənclərin ideoloji hazırlığının gücləndirilməsi, hibrid təhdidlərə qarşı maarifləndirmə və ictimai dayanıqlığın artırılmasına xidmət edir. O, verilişdə iştirakına və dəyərli fikirlərinə görə Ceyhun müəllimə təşəkkürünü bildirib.