AZ

Bakı-Naxçıvan aviareysləri gecikir

Bakı. Trend:

Azərbaycan Hava Yollarının J2-251 və J2-253 nömrəliBakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reyslərinin uçuşutəyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclüduman) gecikir.

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları"QSC-nin Mətbuat xidmətinin məlumatında deyilir.

Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında havaşəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə havalimanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək vəiçki ilə təmin olunacaqlar.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektronünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrımərkəzinə müraciət edə bilərlər.

Seçilən
87
42
az.trend.az

10Mənbələr