"Azərbaycanın 2025-ci il üçün nəzərdə tutulan dövlət büdcəsində proqnozlaşdırılan neft qiymətinə nəzər yetirsək, görərik ki, cari ilin ilk yeddi ayında formalaşan qiymət təqribən büdcədə nəzərdə tutulan qiymətə yaxın olub".
QHT.az xəbər verir ki, bu sözləri İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, "Azəri Layt" neftinin qiyməti hətta bir qədər büdcədə göstəriləndən yüksək olub. Bu yüksək qiymətlər bu yeddi ay ərzində qeydə alınmışdır və bu, onu göstərir ki, büdcə icrası baxımından hazırda neft qiymətləri ilə bağlı hər hansı problem müşahidə edilmir:
"Məlumdur ki, ölkədə neft hasilatının həcmi azalır. Bu, şübhəsiz ki, bir çağırışdır. Amma qiymətlər baxımından hazırda problem yoxdur. Eyni zamanda, ölkədə son aylarda büdcə prosesinin idarə edilməsi və büdcə inzibatçılığı baxımından kifayət qədər mütərəqqi yanaşmalar tətbiq edilir. Bu yanaşmaların reallaşdırılması ilin büdcəsinin icrası ilə bağlı hər hansı problemin olmayacağını proqnozlaşdırmağa əsas verir".
Ardı var...
Pərvanə Fərhadqızı