AZ

İran AEBA ilə tam şəkildə əməkdaşlıq etməlidir - Kaya Kallas

İranın ABŞ ilə qarşılıqlı fəaliyyətə hazır olması "snapback" mexanizminin müddətinin yaxınlaşması fonunda həlledici əhəmiyyətə malikdir.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas “X” hesabında yazıb.

Onun sözlərinə görə, İran həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) də tam şəkildə əməkdaşlıq etməlidir.

"Avropa nüvə probleminin diplomatik həllinə sadiqdir. "Snapback" mexanizminin müddətinin yaxınlaşması ilə əlaqədar İranın ABŞ ilə əməkdaşlığa hazır olması həlledici əhəmiyyət kəsb edir", - Kallas vurğulayıb.

Seçilən
13
5
ikisahil.az

6Mənbələr