AZ

“Bu komanda ilə oyunda xal qazanmaq bir məşqçi üçün uğurdu” - Jorj Kaskilya

“İmişli” “Neftçi” ilə oyundan bir xalla ayrıla bildi (0:0). Oyundan sonra Aran təmsilçisinin in baş məşqçisi Jorj Kaskilya medina önünə çıxdı.
- Gözlədiyimiz kimi, “Neftçi” ilə oyun çox çətin keçdi. Rəqib çempionluğa oynayan komandadı. Son oyundakı səhvlərimizi düzəldib bu oyuna hazırlaşdıq. Vacib olan bir xalı qazandıq. İstəyimizə nail olduq.
- Çexiyanın 3-cü liqasındakı komandamı 4-cü liqaya yuvarlatmışdız. Burda isə iki iddialı komanda ilə oyunlarda xal qazanmağa yaxın olduz. Bu oyunda hətta xal da qazandız. Çexiya 3-cü liqası daha rahatdı, yoxsa premier-liqa?
- Müqayisə etməyim mümkün deyil. Bura daha üstün və güclüdü.
- Fernando Santuşla müzakirəniz olub?
- Azərbaycana gəlməmiş Santuşla heç bir əlaqəm olmayıb. Burda tanış olmuşuq. Çempionatla bağlı aramızda heç bir söhbət olmayıb.
- İlk üç oyunda rəqibləriniz çox çətindi. Demək olar ki, bəxtiniz gətirməyib?
- Püşkatmadan sonra üç çempionluğa iddialı komandaya qarşı oynayacağımızı bilirdik. Komandanı bacardığımız qədər hazırlamağa çalışdıq. O komandalar favorit olsa da, biz də onlardan geri qalmırıq. İndi daha çox işimiz var. “Sabah” sürətli komandadı. Əsas fikrimiz “Sabah”la oyundadı.
- “İmişli” tarixində elitada xal qazanan ilk məşqçi olduz. Ölkənin ən köklü klubundan xal aldız. Bu haqda fikirləriniz?
- Əlbəttə, belə klubla heç-heçə etmək sevindiricidi. Bu komanda ilə oyunda xal qazanmaq bir məşqçi üçün uğurdu. Heyətimizdə cavan oyunçular var. Daha yaxşı nəticələr üçün çalışacağıq.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
33
football-plus.az

1Mənbələr