AZ

Təbiətə 28210 manat ziyan vurdular

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Neftçala və Tovuz rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Xidmətdən Tribunainfo.az-a verilən məlumata görə, araşdırma zamanı Neftçala rayonunun Aşağı Surra kəndi və Tovuz rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 28210 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bildirilir ki, hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Seçilən
28
29
tribunainfo.az

10Mənbələr