AZ

Azərbaycanda sənaye sektoruna yatırımlar 7% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan sənaye sektoruna 4,068 milyard manat sərf olunub.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 7,1% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9,9 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4% çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 15% artıb.

Ümumi sərmayənin təqribən 5 milyard manatı və ya 50,9%-i məhsul istehsalı sahələrinin, 3,3 milyard manatı (33,7%-i) xidmət sahələrinin, 1,5 milyard manatı (15,4%-i) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 52,2%-i dövlət, 47,8%-i qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 78,9%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 76,7%-ni təşkil edib.

Seçilən
3
11
bakivaxti.az

10Mənbələr