AZ

Gürcüstan və Türkiyəni birləşdirəcək yeni avtomagistral tikiləcək

Gürcüstanda Batumi-Sarpi avtomagistralının inşasına nəzarət üzrə beynəlxalq tender elan olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyindən bildirilib.

Asfalt-beton örtüklü 11,3 kilometr uzunluğa malik olacaq yeni avtomagistral Batumi dolama yolunu Türkiyənin sərhədindəki Sarpi məntəqəsi ilə birləşdirəcək. Yolun əsas hissəsi yaşayış məntəqələrini yan ötməyə imkan verəcək 7,6 kilometr uzunluqda tunel, 1,47 kilometrlik körpüdən ibarət olacaq.

Layihənin təqribi dəyəri 14 milyon ABŞ dolları təşkil edir. Maliyyələşməni Asiya İnkişaf Bankı həyata keçirəcək. Avtomagistralın inşasına nəzarət üzrə xidmətlərin müddəti 48 ay təşkil edəcək.

Nazirlikdən qeyd edilib ki, yeni avtomagistral Gürcüstanın Avropa və Asiyanın kəsişməsində mühüm tranzit ölkə kimi rolunu möhkəmləndirən strateji nəqliyyat dəhlizi olacaq.
 

Seçilən
19
5
bakivaxti.az

6Mənbələr