AZ

QHT Qubada şəhidlərin xatirəsinə üzgüçülük üzrə rayon birinciliyi keçirib - FOTOLAR

21 avqust 2025-ci il tarixində Quba Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin idman sektorunun təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında üzgüçülük üzrə Quba rayon birinciliyi keçirilib.

QHT.az xəbər verir ki, yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Yarışın açılışında çıxış edənlər - Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Vətən müharibəsi şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, Quba rayon İcra Hakimiyyətinin əməkdaşı Arif Nəbiyev yarışın keçirilməsi məqsədləri barədə iştirakçıları məlumatlandırmışlar.

Yarışda 70-ə yaxın idmançı iştirak etmişdir.

Sonda qalib idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunub.

Seçilən
31
qht.az

1Mənbələr