AZ

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Şirvanda maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası təşkilatçılığı, “Nar”ın maliyyə dəstəyi ilə “Hüquqlarınla parla!” layihəsi çərçivəsində keçirilən maarifləndirmə tədbirləri davam edir.

QHT.az xəbər verir ki, Şirvan şəhərində keçirilən növbəti tədbirdə "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Aysel Həsənova iştirakçıları salamlayaraq layihənin məqsədi və layihə çərçivəsində keçirilən fəaliyyətlər barədə məlumat verib.

Daha sonra şagirdlər üçün Şirvan Şəhər Polis Şöbəsinin YYÇPİTQ-nin inspektoru leytenant Murad Baxşıyev tərəfindən uşaqların zərərli vərdişlərdən qorunması, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova tərəfindən zərərli vərdişlərin orqanizmə təsirləri, AKTA-nın eksperti Zaur Hüseynov tərəfindən isə kibertəhlükəsizlik mövzusunu əhatə edən interaktiv təlimlər keçirilib. Tədbirin sonunda yazılı test formatında şagirdlər üçün imtahan keçirilib.

Seçilən
24
qht.az

1Mənbələr