AZ

“Türkmənistanın belə bir təşəbbüs göstərməsi türk dünyasını güc mərkəzinə çevirəcək”

Azxeber.com saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Mən Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ardından Türkmənistanın da Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda gedən quruculuq prosesinə qoşulmaq istəyini, yəni Füzulidə məscid tikməyi planlaşdırmasını təkcə ikitərəfli deyil, həm də çoxtərəfli əlaqələr baxımından  yüksək qiymətləndirirəm”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev deyib.

O bildirib ki, Türkmənistanın da belə bir təşəbbüs göstərməsi türk dünyasını əsl güc mərkəzinə çevirəcək:

"Fikrimcə, bu, türk dünyasının doğrudan da güc mərkəzinə, həm də qurucu güc mərkəzinə çevriləcəyinin bir əlamətidir. Baxın, Azərbaycan torpaqları işğal altında olanda bütün tikintilər az qala son daşınadək sökülmüşdü. Əldə edilən tikinti materiallarının əhəmiyyətli bir hissəsi isə İrana daşınmışdı. Haylar ona görə bu vəhşiliyi edə bilirdilər ki, arxalarında Rusiya dururdu. Yəni deməyim odur ki, bizim yaşayış məskənlərimizin dağıdılması, orada məscidlər qarışıq hər şeyin altının üstünə çevrilməsi şərikli proses idi”.

Deputat qeyd edib ki, vaxtiylə o torpaqlarda Ermənistana yandaşlıq edilirdi, indi isə bizə kömək etmək istəyənlər var:

"Burada Ermənistana dəstək verilir, yandaşlıq edilirdi. İndi də həmin torpaqlarda bizə dəstək göstərən, öz töhfəsini verən və vermək istəyənlər var. Onlar bizim qardaşlarımızdır və Ermənistanın şəriklərindən fərqli olaraq xeyirxah niyyət ortaya qoyur, dağıdıcılıq yox, quruculuq prosesində yer alırlar. Qarşı tərəfdən və şəriklərindən bizim fərqimiz bax həm də bundadır. Nə yaxşı ki, belədir. Çünki gələcək dağılanların deyil, quranlarındır .

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
azxeber.com

1Mənbələr