AZ

Hansı dərmanlar pulsuz veriləcək? - RƏSMİ

2026-cı ildən etibarən vətəndaşlar yalnız tibbi xidmətlərlə deyil, həm də həkim resepti ilə yazılan müəyyən dərman vasitələri ilə təmin olunacaqlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmisi Sevil Əliyevanın sözlərinə görə, xidmət elektron resept əsasında həyata keçiriləcək. Vətəndaşlar agentliyin müqavilə bağladığı özəl apteklərdən birinə yaxınlaşaraq həmin dərmanları ala biləcəklər.

Bəs hansı dərmanlar vətəndaşalra pulsuz veriləcək?

“Cebheinfo.az”-a məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, növbəti ildən reseptlə yazılan bəzi dərmanların xərci mərhələlərlə icbari tibbi sığorta tərəfindən qarşılanacaq:

“Gələn ildən ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması planlaşdırılır.

İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələri daxil ediləcək. 

Hazırda ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin icbari tibbi sığorta hesabına qarşılanması ilə bağlı həm hüquqi, həm də texniki mexanizmlərin formalaşdırılması üzrə kompleks hazırlıq tədbirləri görülür. 

Seçilən
7
cebheinfo.az

1Mənbələr