AZ

"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir (FOTO)

Bakı. Trend:

"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş “Quba ABADFactory” İstehsalat Kompleksi" və "Şəki "ABAD" Keramika və TətbiqiSənət Mərkəzi" layihələrini dəstəkləməyə davam edir.
“ABAD” (Ailə Biznesinə Asan Dəstək) 23 sentyabr 2016-cı iltarixində Azərbaycan Respublikasının Prezidenti yanındaVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə DövlətAgentliyinin tabeliyində yaradılıb. Qurumun yaradılmasında məqsədölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına,mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluqsəviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailətəsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
“ABAD” özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir,regional mərkəzlər vasitəsilə dekorativ-tətbiqi xalq sənətkarlığıvə qida məhsullarının istehsalı sahəsində təmsil olunan ailəbizneslərinə dəstək layihələrini həyata keçirir. “İdeyadan rəflərə”yanaşması ilə sahibkarlara istehsal olunan məhsulların satışınıntəşkili, həmçinin istehsal avadanlıqlarından istifadə imkanı,marketinq, brendinq və dizayn dəstəyi, mühasibatlıq və hüquqiyardım, loqistika xidmətləri kimi müxtəlif istiqamətlərdə dəstəkgöstərilir, müvafiq təlimlər təşkil olunur. Bu xidmətlərsahibkarların daha geniş bazarlara çıxışına və istehsalınsəmərəliliyinin artırılmasına yönəldilib.
“PAŞA Holding”in dəstəyi ilə “ABAD” tərəfindən icra edilmiş ən irilayihələr “Quba ABAD Factory” İstehsalat Kompleksi və “Şəki ABADKeramika və Tətbiqi Sənət Mərkəzi”dir.
2018-ci il oktyabrın 11-də açılışı baş tutan “Quba ABAD Factory”İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyətevi” qismində istifadəyə verilib. Uzun illər istismar nəticəsindəyararsız vəziyyətə düşmüş binada “PAŞA Holding”in dəstəyi iləəsaslı təmir-bərpa işləri həyata keçirilib və müasir avadanlıqlarlatəchiz olunub. Hazırda kompleks 5 istehsal sahəsi ilə “ABAD”çılarınxidmətindədir:
* Meyvə qurutma
* Süd emalı məhsulları
* Ət emalı məhsulları
* Qənnadı məmulatları
* Meyvə və tərəvəzlərin emalı məhsulları
Bundan əlavə, Şəki "ABAD" Keramika və Tətbiqi Sənət MərkəziAzərbaycanın tarixi keramika ənənələrinin qorunması, ölkəninqeyri-maddi milli-mədəni irsi olan əl işi sənəti növlərininyaşadılması, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyadatanıdılması məqsədilə fəaliyyət göstərir. Müəssisədə keramikasənətindən başqa xalçaçılıq və digər sənətkarlıq növləri üzrətəlimlər keçirilir. Mərkəz bir neçə beynəlxalq tədbirlərə, ocümlədən Beynəlxalq Keramika Simpoziumuna ev sahibliyi edib.
“PAŞA Holding olaraq inanırıq ki, ABAD kimi təşəbbüslər vasitəsiləkiçik və orta bizneslərin dəstəklənməsi dayanıqlı iqtisadi artımıntəşviqi, cəmiyyət üçün uzunmüddətli təsirin yaradılması və mədəniirsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir,” – PAŞAHolding-in Baş İcraçı Direktoru Cəlal Qasımov vurğulayib. Qeyd edəkki, indiyədək “ABAD” vasitəsilə ümumilikdə 672 ailə təsərrüfatınadəstək göstərilib.

Məqalədə:
Seçilən
33
4
az.trend.az

5Mənbələr