AZ

Pərvanə: “Röyanın ruh əkiziyəm”

“Hər bir müğənni oxumağa başlamadan əvvəl kiməsə baxır və stimul alır”.

Bu sözləri tanınmış müğənni Pərvanə Talıbzadə “Cebheinfo.az”-a açıqlamasında deyib.

O, karyerasına başlamazdan əvvəl Xalq artisti Röya Ayxana baxaraq stimul aldığını etiraf edib:

“Ona görə də Röya xanıma oxşamağım məni qətiyyən narahat etmir. Bir ara Röya xanıma oxşadığımı o qədər dedilər ki, stilimi və ifa tərzimi tamamilə dəyişdim. Oxşamadığımı sübut etməyə çalışdım. Amma yenə də eyni sözləri deməyə davam etdilər. Onda dedim ki, Allah məni belə yaradıb, qəbul edin. Üstəlik, halımdan çox məmnunam. Əksinə, Röya xanıma oxşamağım əladır”.

Pərvanə Talıbzadə özünü Röya Ayxanın ruh əkizi adlandırıb:

“Yəqin ki, ruh əkiziyik. Çünki insanlar cüt yaranır. Mən məktəbdə oxuduğum vaxtdan bəri bu bənzərliklə bağlı sözləri eşidirəm, amma bezməmişəm. O vaxt da məni Röya Ayxana bənzədirdilər. Amma internet, “YouTube” olmadığı üçün söhbətin kimdən getdiyini bilmirdim. Sonra televizorda Röya xanımı görəndə hər kəsin doğru dediyini anladım”.

Elmir Mustafa

“Cebheinfo.az”

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr