AZ

Bakı və Moskva razılığa gəldi 7 istiqamət

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Rusiya ilə Azərbaycan enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı prioritet olmaqla birgə iş üçün istiqamətlər müəyyən ediblər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Nazir müavini gələcək birgə fəaliyyət üçün bəzi təlimatların müəyyənləşdirildiyini bildirib:

“Rusiya-Azərbaycan əlaqələri qarşılıqlı şəkildə faydaya əsaslanır. Bizim prioritetlərimiz arasında regionda nəqliyyat əlaqələrinin inkişafı, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə arxitekturasının gücləndirilməsi, enerji sektorunda əməkdaşlıq, sənaye kooperasiyasının, o cümlədən gəmiqayırma və kənd təsərrüfatının inkişafı, Xəzər dənizində əməkdaşlıq üzrə birgə iş var”.

Qeyd edək ki, bu gün Həştərxanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilib.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
globalinfo.az

1Mənbələr