AZ

Uşaqların sağlam mühitdə böyüməsi məsələləri müzakirə edilib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 22-də 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Təmiz düşüncə, sağlam mühit, güclü gələcək” adlı toplantı keçirilib.

Toplantıda uşaqların etik və mənəvi dəyərlər baxımından tərbiyəsi, onların sağlam mühitdə və təhlükəsiz böyüməsinin təmin olunması, həmçinin düzgün cinsi tərbiyənin formalaşdırılması mövzuları müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, mərkəzin metodisti, uşaq inkişaf mütəxəssisi Səbinə Rəhimi çıxış edərək ailə bağlarının uşaq və yeniyetmələrin inkişafında oyandığı mühüm rolundan danışıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin baş məsləhətçisi Könül Tağızadə sosial şəbəkələrin uşaqların həyatında zərərli informasiyaların yaratdığı fəsadları, Nəsimi Rayon Baş Polis İdarəsinin inspektoru Yeganə Zeynalzadə yeniyetmələr arasında münaqişələrin, xuliqanlıq hallarının aradan qaldırılması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva gənc və yeniyetmələrin tərbiyəsi sahəsində görülən işlərdən bəhs edib.

Mərkəzin direktoru Elza Orucova müzakirə edilən mövzunun vacibliyi və bu sahədə keçirilən maarifləndirici tədbirlərin sayını artırmağın zəruriliyini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
azertag.az

1Mənbələr