AZ

Con Boltonun evində axtarış aparılıb

Federal Təhqiqat Bürosunun əməkdaşları ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Boltonun evində axtarış aparıb.

Bakues.az “New York Post”a istinadən xəbər verir ki, axtarış əmri FTB direktoru Kaş Patel tərəfindən verilib.

Boltonun evində aparılan axtarışın onun məxfi informasiyaya malik olması ilə bağlı iddialara görə olması ehtimal edilir.

Anonim ABŞ rəsmisinin verdiyi məlumata görə, bir neçə il bundan əvvəl Boltonun araşdırılması başlayıb, lakin Bayden administrasiyası siyasi səbəblərə görə bu araşdırmaya xitam verib.

Qeyd edək ki, Con Bolton 2020-ci ildə nəşr edilən kitabı “Onun baş verdiyi otaq” kitabında bəzi məxfi informasiyalara yer verməkdə ittiham olunurdu.

Seçilən
27
3
icma.az

4Mənbələr