Toho Universitetindən Kazumi Ozakinin rəhbərlik etdiyi tədqiqatda Günəşin tədricən parlaqlaşması ilə Yer atmosferindəki oksigen səviyyəsinin əlaqəsi modelləşdirilib. Günəşin istiliyi artdıqca karbon qazı sürətlə parçalanacaq, fotosintez zəifləyəcək və oksigen istehsal edən bitkilər tükənəcək.
Bunun nəticəsində ozon təbəqəsi yox olacaq, Yer səthi ultrabənövşəyi şüalara məruz qalacaq, atmosferdə metan toplanacaq.
R.İmanov