AZ

"Çelsi" futbolçusunu "Vilyarreal"a satdı

BAKI, 22 avqust. TELEQRAF

İspaniyanın "Vilyarreal" klubu İngiltərənin "Çelsi" komandasının futbolçusu Renato Veyqanı transfer edib.

Teleqraf xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

22 yaşlı portuqaliyalı müdafiəçi yeni klubu ilə 7 illik müqavilə imzalayıb. "Transfermarkt"ın məlumatına görə, "zadəganlar" bu satışdan 24,5 milyon avro gəlir əldə edib.

Qeyd edək ki, Renato Veyqa 2024-cü ilin yayında İsveçrə "Bazel"indən 14 milyon avro qarşılığında "Çelsi"yə keçib. O, ötən mövsümün ikinci yarısında icarə əsasında İtaliya təmsilçisi "Yuventus"da çıxış edib.

Seçilən
36
teleqraf.com

1Mənbələr