AZ

“Eşref Rüya”nın ulduzu yeni layihədə

Taff Pictures-ın istehsalı olan “Bugün Güzel” filminin çəkilişlərinə sentyabrın ilk həftəsində başlanması planlaşdırılır.

OLAY yazır ki, filmin hekayəsini özü yazan Oğuzhan Koç ekran işində “Ali” adlı həyat məşqçisini, Ayça Ayşin Turan isə “Güneş” adlı tibb bacısını canlandıracaq.

Rejissor Mali Erginin idarə etdiyi filmin heyətinə son olaraq “Eşref Rüya”nın ulduzu, istedadlı aktrisa Neslihan Arslan da qatılıb. Arslan ekran əsərində “Ceren” obrazını canlandıracaq və Ali’nin meneceri kimi tamaşaçı qarşısına çıxacaq.

Qeyd edək ki, komediya və dram elementlərini birləşdirən “Bugün Güzel” filminin əvvəlcə kinoteatrlarda nümayiş olunacağı, daha sonra isə rəqəmsal platformalarda yayımlanacağı açıqlanıb.

Seçilən
2
1
olay.az

2Mənbələr