AZ

Kamran Əliyev: Zəngəzur dəhlizinin açılması iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək  

Yeni reallıqlar fonunda strateji əhəmiyyət daşıyan məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Laçın rayonunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Baş prokuror deyib ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək. “Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarını təmin etmir, eyni zamanda, beynəlxalq əməkdaşlıq, ticari əlaqələr və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Onun açılması suverenliyimizin praktiki gücünün, Azərbaycanın regiondakı lider mövqeyinin daha bir göstəricisi olacaq”, - deyə K. Əliyev vurğulayıb.

Seçilən
35
8
azerbaijan-news.az

9Mənbələr