AZ

"Qarabağ"ın oyununa böyük maraq - Kassaların qarşısı adamla dolub-daşır

"Qarabağ" - "Ferentsvaroş" oyununun biletləri artıq satışa çıxarılıb.

BAKU.WS xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək matçın biletlərini 14:30-dan etibarən almaq mümkündür. 

Biletlərin satışa çıxarılmasdan dərhal sonra stadionun kassalarında ajiotaj yaranıb. Oyuna maraq həddən artıq yüksək olduğu üçün hamı bilet almağa başlayıb. 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 50, 100 və 150  manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Seçilən
50
far.az

1Mənbələr