AZ

Ukrayna ərazilərini Rusiyaya verməməlidir - Bu, Putinin tələsidir - Kallas

"Ukrayna gələcək sülh sazişinin bir hissəsi kimi ərazilərini Rusiyaya verməməlidir". 

Missiya.Az xəbər verir ki, bunun Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas BBC-yə müsahibəsində deyib. 

"Ukrayna torpaqlarının Moskvanın əlində qalmasına icazə vermək Rusiya Prezidenti Putinin qurduğu tələyə düşməkdir", - deyə o bildirib.

Kalas həmçinin Ukrayna üçün güclü və davamlı təhlükəsizlik zəmanətlərindən danışaraq, danışıqların hazırkı mərhələsində çəkindirmə variantlarının çox olmadığını etiraf edib: 

"Təhlükəsizliyin ən güclü təminatı güclü Ukrayna ordusudur. Bu zəmanətlər "yalnız kağız üzərində" qalmamalıdır".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, daha sonra Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini və bir sıra Avropa liderlərini qəbul edib. Tramp həmin vaxt qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsini həll etmək üçün iki tərəf əraziləri dəyişməli olacaq. Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
27
missiya.az

1Mənbələr