AZ

İran irimiqyaslı hərbi-dəniz təlimlərinə başlayıb

İran Oman körfəzi və Hind okeanında irimiqyaslı təlimlərə başlayıb.

Missiya.Az  “Tasnim”ə istinadən  xəbər verir ki, “Dayanıqlı güc 1404” adlı təlimin əsas mərhələsi avqustun 21-də başlayıb. “Nasir” və “Qadir” kimi müxtəlif mənzilli dənizdən atılan qanadlı raketlərin müxtəlif növləri sahildən və dəniz gəmilərindən atılıb.

 

Təlimlərdə dəniz səthi və sualtı gəmiləri, təyyarələr, sahil raket bazaları və elektron döyüş bölmələri iştirak edir. Genişmiqyaslı təlimlər İsraillə müharibədən sonra ilkdir.

 

Elcan

Missiya.Az

Seçilən
69
missiya.az

1Mənbələr