AZ

Fiziyev növbəti döyüşündən danışdı: Bu milyon dollarlıq şansımdır

UFC döyüşçüsü Rafael Fiziyev yaxınlaşan Çarles Oliveyra ilə döyüş barədə emosiyalarını bölüşüb.

Publika.az xəbər verir ki, o, bu sözləri deyib:

“Oliveyra əfsanədir. O, yüngül çəkidə bonuslar üzrə rekordçudur! Onunla Rio-de-Janeyroda döyüşmək inanılmaz olacaq. Çarles əsl monstrdur, mən uzun müddətdir ona azarkeşlik edirəm. Onun döyüşlərinə tez-tez baxırdım və düşünürdüm: “Vau”. Xüsusilə də çempion olduğu vaxtlarda.

Mənə onunla döyüşmək şansı verildi və bu, ciddi motivasiyadır. Başa düşürəm ki, Rioda məni fitə basacaqlar, ünvanıma xoşagəlməz sözlər deyiləcək. Amma Oliveyra hələ az öncə titul uğrunda döyüşüb, bu isə mənim üçün böyük sınaqdır. Mənə ən yüksək səviyyəyə çıxmaq imkanı verilib, belə fürsəti əldən buraxmaq olmaz. Oliveyraya qalib gəlmək, kəmər uğrunda döyüşə yaxınlaşmaq deməkdir. Bu mənim milyon dollarlıq şansımdır”.

Seçilən
86
publika.az

1Mənbələr