AZ

Norveç dağlarında itkin düşən ABŞ li jurnalist necə sağ qalmasından danışıb

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-li jurnalist Alek Lun iyulun 31-də Norveçin Folgefonna Milli Parkında gəzintiyə çıxıb, lakin dağlıq ərazidə yıxılaraq huşunu itirib.

Oxu.Az xəbər verir ki, jurnalist başına gələnlər haqqında "The Washington Post" nəşrinə danışıb.

Alek Lun bildirib ki, yürüşün ilk günündə çəkməsinin altı çıxsa da, yoluna davam edib. Məhz bu səbəbdən dağlıq ərazidə büdrəyərək yıxılıb.

Bir gün sonra özünə gələn jurnalist ayağında ağrı hiss edib. A.Lun yıxıldığı zaman telefonunu və yeməyinin çox hissəsini itirib. Həvəskar alpinistin ancaq yuxu kisəsi, yağışdan qoruyan çadırı və çox az qida ehtiyatı qalıb. Bir neçə gün hava yaxşı olduğundan jurnalist özünə sığınacaq düzəldib. İki gündən sonra su çatışmazlığı səbəbindən susuzluq hiss etməyə başlayıb və həyatda qalmaq üçün sidik içməyə belə məcbur olub.

Jurnalistin itkin düşməsi barədə onun həyat yoldaşı avqustun 4-də aidiyyəti qurumlara məlumat verib. Bundan sonra onu axtarmaq üçün xilasedicilər qrupu göndərilib. Yağış və külək axtarışları çətinləşdirib və jurnalist cəmi iki gündən sonra tapılıb. Xəstəxanada ona ayaq sınığı və donvurma diaqnozu qoyulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
oxu.az

1Mənbələr