AZ

İlin sonuna qədər Laçın şəhərinə daha 40 ailə köçürüləcək

Yaxın vaxtlarda Laçın şəhərinə 20 ailə, ilin sonuna qədər isə 40 ailə köçürüləcək.

"Report"un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bunu Laçında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, indiyədək Laçına 936 ailə, ümumilikdə 3516 nəfər köçürülüb.

Xüsusi nümayəndə həmçinin qeyd edib ki, Laçında yenidən qurma işləri sürətlə davam etdirilir.

Seçilən
72
20
aznews.az

10Mənbələr