Təmiz olmayan içməli su və gigiyena qaydalarına əməl edilməməsi bir sıra infeksiyalara səbəb ola bilər. Bu infeksiyaların içərisində ən çox rast gəlinənlərdən biri Hepatit A-dır.
“Unikal” bu xəstəliklə bağlı Diaqnoz Tibb Mərkəzinin Baş Həkimin Müalicə İşləri üzrə Müavini, Terapevt-Hepatoloq Dr. Tofiq Əkbərovun müsahibəsini təqdim edir.
Hepatit A nədir?
Hepatit A – qaraciyərin virus mənşəli infeksiyasıdır. Virus adətən çirkli su və ya qida vasitəsilə orqanizmə daxil olur.
Yoluxma yolları:
Təmizlənməmiş içməli su
Əl yuma vərdişlərinin olmaması
Yoluxmuş şəxslərlə yaxın təmas
Çiy və ya kifayət qədər bişirilməmiş qidalar
Klinik təzahürlər:
Yorğunluq
Qızdırma
Qarın ağrısı
Ürəkbulanma, qusma
Gözlərdə və dəridə saralma (sarılıq)
Qorunma yolları:
Təmiz su istifadə edin
Əllərinizi tez-tez yuyun
Qidaları yaxşı bişirin
Uşaqlar və risk qrupundakılar üçün peyvənd vacibdir
Hər hansı əlamət hiss etdiyiniz halda həkimə müraciət etməyi unutmayın!